Layihə Haqqında

Bu veb səhifə və mobil tətbiq “Sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi” Layihəsi çərçivəsində yaradılmışdır.

Sağlamlıq imkanları məhdud uşaqların valideynləri uşaqlarının çətinlikləri ilə yaxından məlumatlı olmadıqları və onların erkən diaqnostikasını həyata keçirə bilmədikləri üçün erkən müdaxiləyə baş vura bilmirlər. Bu hal da sonrakı mərhələdə uşaqların reabilitasiya prosesinin müddətinin uzanmasına və istənilən nəticənin əldə olunmasını çətinləşdirir.

Bunları nəzərə alaraq, biz valideynlərin sərbəst şəkildə öz uşaqlarının ilkin diaqnostikasını keçirməsini və bu diaqnostikaya uyğun şəkildə növbəti addımlarının planlamasını həyata keçirəcək bir tətbiqin hazırlanmasını təklif etdik və layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirildi. Layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması üçün onların diaqnostikasının aparılmasını, diaqnostika nəticələrinə uyğun olaraq, fəaliyyətlərin planlaşdırılması, izlənilməsi (monitorinqi), qiymətləndirilməsi və hesabatlılığın həyata keçirilməsidir.

Tətbiq vasitəsilə valideynlər uşaqlarının sərbəst şəkildə inkişafının diaqnostikasını – dəyərləndirilməsini apara biləcək, həmçinin bu tətbiq vasitəsilə çatışmazlıqları müəyyən edəcək və onları planlaşdıra biləcəklər. Tətbiq valideynlərə uşaq inkişafı ilə bağlı resurs mərkəzi funksiyasını da yerinə yetirəcəkdir. Tətbiqdə həm maarifləndirici materiallar, həm də inkişaf fəaliyyətləri həyata keçirən xidmət mərkəzləri haqqında məlumatlar yerləşdiriləcəkdir.

Layihə Rəhbəri

Dünyamalıyev Rasif Rəhim oğlu 30 Noyabr 1985 – ci ildə Zəngilan rayonu Mincivan qəsəbəsində doğulmuşdur.

2003 – cü ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinə daxil olub və 2007 – ci ildə oranı bitirib.

2012 – 2015 - ci illərdə Azərbaycan Universiteti və Georgia State University – nin birgə həyata keçirdiyi Biznesin Təşkili və İdarəedilməsi Proqramında Marketinq İxtisası üzrə Magistr təhsili alıb. Tələbə dövründə müxtəlif ictimai təşkilatların fəaliyyətində iştirak edib, müxtəlif sosial layihələrin icrasında və ictimai təşkilatların idarəedilməsində aktiv iştirak etmişdir.

2009 – cu ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, reklam, layihələrin icra olunması və təhsil sahəsində müxtəlif biznes layihələri həyata keçirmişdir.

2010 – cu ildə Uşaq İnkişaf Mərkəzini yaratmış və 2011 – ci ildə Uşaq Bağçasını qurmuşdur. Bu günə qədər Təhsil sahəsində Biznes Layihələrin və Sosial Layihələrin həyata keçirilməsi ilə məşğul olur.

Biznes Portfelinə 29 Uşaq Bağçası, 1 Lisey, 2 Reabilitasiya Mərkəzi, 1 Şagird Mərkəzi, 1 Təlim Mərkəzi, 1 Psixoloji Xidmət və İnkişaf Mərkəzi və müxtəlif layihələr daxildir. O həmçinin 10 uşaq bağçasından ibarət “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin qurucusudur. O, 2015 – ci ildən təhsil biznesi sahəsində konsultasiya xidmətini həyata keçirən EDU Co. Consulting Şirkətinin direktorudur.

İstifadə Təlimatı

Övladını tanı mobil tətbiqi Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tabeliyində sosial xidmətlər agentliyi tərəfindən Regionların sosial iqtisadi inkişafına dəstək ictimai birliyi tərəfindən Sağlamlıq imkanı məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi layihəsi çərçivəsində hazırlanmışdır. Mobil tətbiq vasitəsi ilə 18 yaşına qədər övladınızın inkişaf dinamikasını qiymətləndirə, hesabatlandıra, inkişafını planlaya, inkişafı üçün tapşırıqlar əldə edə və inkişafı izləyə bilərsiniz.

Tətbiqdə qeydiyyatdan keçərək bir neçə övladınız əlavə etməklə hər biri üçün özəl otaq düzəltmək şansına malik olacaqsınız. Qeydiyyatdan keçib övladınızının məlumatlarını daxil etdikdən sonra inkişaf bölməsinə daxil olaraq, yoxla düyməsini sıxmaqla onun yaşına uyğun olan suallara cavab verirsiniz. Cavablarınıza uyğun olaraq tətbiq onun inkişaf dərəcəsini hesablayır. əgər hər hansı bir geriləmə varsa ona uyğun olaraq sizə tapşırıqlar verir və inkişafın hansı sahələrdə zəif olduğu haqqında sizə hesabat təqdim edir. Tətbiqin inkişaf bölməsində hesabat düyməsini sıxmaqla övladınızın bütün dövrlərdə keçirilmiş yoxlamalarının hesabatını, həmçinin yoxlamaların sahələr üzrə nəticələrini, psixoloji yaşını və inkişaf geriləməsinin faiz göstəricilərini əldə etmiş olursunuz.

Tətbiqin inkişaf bölməsində plan düyməsini sıxmaqla övladınızın nəticələrinə uyğun tapşırıqlar əldə edirsiniz. Bu tapşırıqları həyata keçirərək müsbət nəticələri uğur bölməsinə əlavə edərək, övladınızın inkişafını həyata keçirmiş olursunuz. Tətbiqin inkişaf bölməsində növbəti bölmə xidmət al bölməsidir və bu bölmədən uşaq psixiatrlarına birbaşa çıxış əldə edirsiniz. Bunun vasitəsilə övladınızdakı inkişafla bağlı bütün narahatçılıqları birbaşa mütəxəssislərə bildirə bilirsiniz və peşəkar xidmət əldə edirsiniz. Tətbiqdəki uğur bölməsinə daxil olduğunuzda övladınızın son yoxlamadan sonra əldə etdiyi uğurları görə bilirsiniz və uğur əlavə et düyməsini sıxmaqla yeni uğurlar əlavə edirsiniz. Bu düyməni sıxdığınız zaman yoxlama nəticəsində övladınızın bacarmadığı standartları siyahıda görürsünüz və oradan uğur kimi seçə bilirsiniz. Tətbiqimizdə həmçinin resurs bölməsi var ki, bu bölmə vasitəsilə bütün tapşırıqları uşaqların yaşlarına uyğun şəkildə görə bilirsiniz. Bu bölmədə tətbiq haqqında məlumat əldə edə bilirsiniz və tətbiqin işçi qrupuna təklif və iradlarınızı yaza bilirsiniz.

Əlaqə